Accessibility links

Liviyada ABŞ səfirliyinə hücumla bağlı təhqiqat başa çatıb


11 sentyabr Liviyada ABŞ səfirliyinə edilən hücumu araşdıran müstəqil panel bu qənaətə gəlib ki, hücum vaxtı səfirlikdə mühafizə qeyri-adekvat olub.

Çərşənbə axşamı dərc olunan məlumatda deyilir ki, iki Dövlət Departament bürosunda mövcud olan çatışmazlıqlar təhlükəsizlik işçiləri üçün hücumun qarşısını almağı çətinləşdirib.

Açıqlanan rəydə deyilir ki, Liviyadakı diplomatların dəfələrlə əlavə qüvvələr üçün müraciət etməsinə baxmayaraq hücum baş verən gün Benqazidə diplomatik təhlükəsizliyin üzvlərinin sayı qeyri-qənaətbəxş olub.

Öldürülən dörd amerikalı arasında səfir Kristofer Stefens də olub. O, 1988-ci ildən bəri öldürülən ilk ABŞ səfiridir.

ABŞ dövlət katibi Hillari Klinton dünən aparılan araşdırmaların nəticələrini qəbul etdiyini deyib. ABŞ qanunvericilərinə ünvanladığı məktubda xanım Klinton diplomatik obyektlərdə təhlükəsizliyin təkmilləşdirilməsinə dair tədbirlər görüldüyünü qeyd edib.
XS
SM
MD
LG