Accessibility links

Rəsmilər deyib ki, Rusiyanın Liviyadakı səfirliyinə hücumdan bir gün sonra səfirlikdə vəziyyət yenidən nəzarət altındadır.

Əl qumbaraları və AK47 avtomatları ilə silahlanmış bir qrup yaraqlı səfirliyə hücum edib. Səfirlikdəki təhlükəsizlik işçiləri cavab atəşi açıb.

Rusiyanın Liviyadakı diplomatik mənbələri Tripolidə baş vermiş hücum zamanı səfirliyin nümayəndələrindən heç kəsin xəsarət almadığını deyib.

Hücumun səbəbi hələlik bəlli deyil. Lakin hücumun liviyalı zabitin öldürülməsinə reaksiya olduğu ehtimal edilir.

Liviya rəsmiləri uzun müddət hakimiyyətdə olan diktator Müəmmar Qəzzafinin 2011-ci ildə hakimiyyətdən devrilməsindən sonra qeyri-sabitlik və zorakılıqla mübarizə aparır.
XS
SM
MD
LG