Accessibility links

Cümə günü Livanda milli matəm günü keçirilir. Buna səbəb Beyrut yaxınlığında intiharçı bomba partlayışı nəticəsində 43 nəfərin həlak olmasıdır.

Səhiyyə Nazirliyi partlayışda digər 239 nəfərin xəsarət aldığını deyir.

Hizbullah nəzarət etdiyi ticarət və yaşayış məhəlləsi Burc Əl-Baracnehdə baş verən hücumun məsuliyyətini üzərinə alıb. Hizbullha döyüşçüləri Suriya prezidenti Bəşər Əl-Əsədi dəstəkləyir.

Polis üçüncü hücumçunun cəsədinin dağıntılar arasında tapıldığını deyir. Onun intihar kəməri partlamayıb.

Beyrutun Burc Əl-Baracneh məhəlləsi keçmişdə də terror hücumlarına məruz qalıb. Bundan əlavə sünni yaraqlı qruplar daha çox hücum həyata keçirməklə hədələyib.

XS
SM
MD
LG