Accessibility links

Liviya Milli Keçid Şurası hərbi əməliyyatların Sirtənin iki məhəlləsində aparıldığını deyir


Liviya Milli Keçid Şurası hərbi əməliyyatların Sirtənin iki məhəlləsində aparıldığını deyir
Liviya Milli Keçid Şurası hərbi əməliyyatların Sirtənin iki məhəlləsində aparıldığını deyir

Liviyanın müvəqqəti hökumətinin bildirdiyinə görə, hərbi qüvvələr sabiq lider Müəmmar Qəzzafinin doğma şəhəri olan Sirtədə Qəzzafiyə sadiq qüvvələrə qarşı əməliyyatları əsas etiabrilə şəhərin iki məhəlləsində aparır. Bu gün hökumət qüvvələrinin raketlərdən də istifadə edərək, şəhərin 80 faizini ələ keçirdiyi bildirilir.

Liviya Milli Keçid Şurası bildirir ki, Sirtənin alınması onlara ölkənin azad edildiyini elan etməyə imkan verəcək, çünki bu, müvəqqəti hökumətin liman və sahil bölgələrə tam nəzarət etdiyi demək olacaq.

Bu arada, Müəmmar Qəzzafinin oğullarından birinin həbs edildiyi deyilir. Milli Keçid Şurasının bəzi rəsmilərinin Müəmmar Qəzzafinin oğlunun Sirtədə ələ keçirildiyini deməsinə baxmayaraq, müvəqqəti hökumət bu xəbəri təsdiq etməyib.

XS
SM
MD
LG