Accessibility links

Liviya Milli Keçid Şurasının rəhbəri Türkiyədədir


Liviya Milli Keçid Şurasının rəhbəri Türkiyədədir

Liviya Milli Keçid Şurasının rəhbəri Türkiyədədir

Liviyada üsyançıların hökumət başçısı deyir ki, onlların müvəffəqiyyət əldə etmək üçün beynəlxalq icma polkovnik Müəmmər Qəzzafiyə məxsus dondurulmuş vəsaitlərdən qadağanı götürməlidir.

Liviya Milli Keçid Şurasının rəhbəri Mahmud Cibril müxalifətin mülki xidmətçilərə və başqa şəxslərə əmək haqlarını ödəmək üçün maddi vəsaitə ehtiyacı olduğunu bildirib.

O, bu açıqlamanı İstanbulda Liviyada böhranı diplomatlarla müzakirə edəndən sonra verib. Cənab Cibril Avropa səfəri çərçivəsində hazırda Türkiyədədir.

ABŞ təcili olaraq 1.5 milyard dolların üzərindən qadağanı götürəcəyini açıqlayıb.

XS
SM
MD
LG