Accessibility links

Liviya dəniz donanması sözçüsünün bildirdiyinə görə, yola düşdükdən az sonra batan qayıqda 90 nəfər boğulub.

Əyub Qasım 29 nəfərin sahil keçikçiləri tərəfindən xilas edildiyini deyib. Plastik qayıq Liviya sahillərindən 42 kilomertlik məsafədə suya qərq olub.

Qayıqda əksəriyyəti afrikalı olmaqla, 126 miqrantın olduğu bildirilir. Onlar Liviyanın Tacura sahilindən dünən səhər yola düşüb. Sahil keşikçiləri günorta saat 3-də yardım zəngi alıb.

Aralıq dənizində öən miqrantların sayı bu il 3800 nəfərdən çoxdur. 2016-cı il bu baxımdan ən ağır il hesab edilir.

XS
SM
MD
LG