Accessibility links

Liviya əməliyyatlarının tam komandanlığı NATO-ya həvalə edilib


Liviya əməliyyatlarının tam komandanlığı NATO-ya həvalə edilib
Liviya əməliyyatlarının tam komandanlığı NATO-ya həvalə edilib

Liviya əməliyyatlarının tam komandanlığı NATO-ya həvalə edilib. NATO-nun baş katibi Anders Fog Rasmussen bildirib ki, səlahiyyətlərin keçidi bu gün başa çatdırılıb. “Birləşmiş Müdafiə” adı altında həyata keçirilən əməliyyatlar BMT-nin Təhlükəsizlik Şurasının qeyri-uçuş zonasının təsisi, silah embarqosu və mülki əhalinin müdafiəsi məqsədi ilə hava hücumlarını nəzərdə tutan qətnaməsinə əsaslanır.

ABŞ mətbuatının yazıdığına görə, Mərkəzi Kəşfiyyat Agentliyi Qəzzafi əleyhinə qüvvələrlə təmas yaradılması və kəşfiyyat məlumatlarının əldə edilməsi məqsədi ilə Liviyaya komanda göndərib. Rəsmilərə istinadən bildirilir ki, qüvvələrə hərbi yardım göstərilməzdən əvvəl onların kimliyi və qabiliyyəti nəzərdən keçiriləcək. Ağ Ev isə rəqib döyüşçülərin silahla təmin edilməsinə qərar vermədiyini bildirir.

XS
SM
MD
LG