Accessibility links

Keçən il oktyabr ayında Liviyada inqilabdan sonra ölkədə yüzdən artıq qəzet dərc olunmağa başlayıb. Media azadlığı ölkədə demokratik prosesin ayrılmaz hissəsidir, lakin mətbuat orqanlarının keyfiyyəti ilə bağlı hələ də müəyyən narahatlıqlar qalmaqdadır.


Naşir Saleh Şərif Liviyada qəzetlərin keyfiyyətindən razı deyil. Qəzet redaktorlarından biri ilə görüşdə o, narahatlıqlarını dilə gətirir.

“Liviya mətbuatında dərc olunmuş faktlar və məlumatlar çox vaxt ölkədə baş verənləri əks etdirmir. Küçənin nəbzini qəzetlərdə hiss etmək olmur.”

Qəzet redaktoru Rida Akil mətbuatı müdafiə edir. O deyir ki, Liviya mətbuatı hələ erkən dövrdədir və burada maliyyədən tutmuş, təcrübəyə qədər müxtəlif problemlər var.

Tripoli qəzetinin redaktorunun sözlərinə görə, müxbirlər yeni iş metodları ilə tanış olur.

“Birinci səhifədə başlıqlar yerləşdirilib. Qəzetdə yerli və beynəlxalq xəbərlər üçün xüsusi yerlər ayrılıb. Sonuncu səhifədə isə reklamlar yerləşdirilib.”

Rida Akil inqilabdan əvvəl tibb institutunda təhsil alırdı. O deyir ki, üsyançılara qarşı mübarizə apardıqdan sonra o, dostları iə Liviyada demokratik keçid dövrünə öz töhfələrini vermək istəyib.

“Biz qərara gəldik ki, qəzet açmaq qərarına gəldik, çünki biz inanırıq ki, istər hökumətə məxsus, istərsə də özəl olsun, media yeni Liviya dövlətinin qurulması və vətəndaşların məlumatlandırılması işində böyük məsuliyyət daşıyır.”

Liviyada bəzi qəzetlər ölkədə siyasi keçid dövrü nəşri davam etdirə bilmişdir. İngilis dilində Tripoli Post qəzetinin əvvəlki rejimi tənqid edən məqalələri müxalifətin vebsyatlarında yerləşdirilirdi. Qəzetin redaktoru Səid Lasvad o ağır günləri xatırlayır.

“Biz narahat olurduq, çünki fikirləşirdik ki, Qəzzafi bu məqalələri müxalifətin xaricdə dərc etməsi üçün nəşr etdiyimizi düşünə bilər. Buna görə də biz özümüzü senzura edirdik. İndi fikrimizi azad ifadə edə bilirik.”

Maliyyə problemlərinə görə Liviyada yeni qəzetlərin çoxu nəşrini dayandırmalı olub.

Rida Akil kimi qəzet naşirləri Liviya xalqına informasiyanın çatdırılmasının əhəmiyyətini vurğulayaraq, oxucuları inqilabdan əvvəl dövlətin nəzarətində olan mediadan fərqli azad mətbuatı oxumağa inandırmağa çalışır.
XS
SM
MD
LG