Accessibility links

Liviyanın müxalifət şurası Vaşınqtonda nümayəndəlik açmaq təklifini qəbul edib


Liviyanın müxalifət şurası Vaşınqtonda nümayəndəlik açmaq təklifini qəbul edib
Liviyanın müxalifət şurası Vaşınqtonda nümayəndəlik açmaq təklifini qəbul edib

ABŞ-ın Yaxın Şərq üzrə yüksək səviyyəli diplomatı bildirib ki, Liviya üsyançılarının Milli Keçid Şurası ABŞ prezidenti Barak Obamanın şuranın Vaşınqtonda nümayəndəliyini açmaq təklifini qəbul edib.

ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Cefri Feltmen liviyalı üsyançıların Benqazıdəki istinadgahında ABŞ-ın Liviya lideri Müəmmar Qəzzafi ilə artıq danışıqlar aparmadığını deyib. O deyib ki, Birləşmiş Ştatlar müxalifət şurasını liviyalıların qanuni nümayəndəliyi hesab edir.

Yüksək səviyyəli ABŞ diplomatı üç günlük səfərlə Liviyadadır. Bu, Qəzzafi əleyhinə nümayişlər başlayandan bəri Liviyaya səfər edən ən yüksək səviyyəli ABŞ rəsmisidir.

XS
SM
MD
LG