Accessibility links

Liviya müxalifəti bir şərtlə atəşkəsi qəbul etməyə hazırdır


Liviya müxalifəti bir şərtlə atəşkəsi qəbul etməyə hazırdır

Liviya müxalifəti bir şərtlə atəşkəsi qəbul etməyə hazırdır

Liviya müxalifətinin lideri deyir ki, Müəmmər Qəzzafi hərbi əməliyyatlara son qoysa və hökumət əleyhinə nümayişlərə icazə versə üsyançılar atəşkəsi qəbul etməyə hazırdır.

Müxalifətin sözçüsü Mustafa Ədbülcəlil bu gün münaqişəyənin siyasi həllinə çalışan BMT nümayəndəsi Abdulla Əl-Katiblə birlikdə Benqazidə danışıb. BMT rəsmiləri hər iki tərəfdən atəşkəs tələb edir.

Bu arada Böyük Britaniya mediasının məlumatına görə, Qəzzafinin nümayəndəsi rəsmilərlə danışıqlar aparmaq üçün Londona səfər edib. Xəbərdə deyilir ki, nümayəndə Məhəmmə İsmayıl Qəzzafinin oğlu Saif Əl-İslamın müavinidir.

Britaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü isə Guardian qəzetinə mesajın aydın şəkildə çatdırıldığı deyib. “Mesaj isə belədir, Müəmmər Qəzzafi getməlidir” – deyə o bildirib.

XS
SM
MD
LG