Accessibility links

Liviya müxalifətini təmsil edən Milli Keçid Şurasının üzvləri Amerikadadır


Liviya müxalifətini təmsil edən Milli Keçid Şurasının üzvləri Amerikadadır
Liviya müxalifətini təmsil edən Milli Keçid Şurasının üzvləri Amerikadadır

Liviya müxalifətini təmsil edən Milli Keçid Şurasının üzvləri ABŞ rəsmiləri ilə bir araya gəlir. Vaşinqton görüşlərində nümayəndə heyətinin ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ton Donilon da daxil edilməklə, digər yüksək səlahiyyətli rəsmi şəxslərlə müzakirələri yer alacaq. Milli Keçid Şurasının rəhbəri Musafa Əbdulcəlil şuranın siyasi qurum kimi tanınmasına çalışdığını deyib. Nümayəndə heyətinin üzvü Vahid Burşan Amerikanın səsinin türk redaksiyasına müsahibəsi zamanı Türkiyənin əvvəlki mövqeyini dəyişməsinə görə razılığını bildirib. Ulu babalarının türk olduğunu deyən müxalifət lideri Türkiyədən NATO üzvü kimi daha artıq dəstək gözlədiyini qeyd edib. Vahid Burşan özünün Türkiyə-Liviya münasibətlərinin bir nümunəsi olduğunu deyib.

XS
SM
MD
LG