Accessibility links

Liviyanın Ədliyyə Nazirliyi silahlı şəxslər tərəfindən üçüncü gündür mühasirədə saxlanılır. Onlar təyyarəvuran qurğularla Tripolidəki nazirlik binasına gedən yolları bağlayıb.

Üsyançıların sabiq lideri İbrahim Əl-Mesalati də daxil edilməklə, silahlılar Liviyanın diktator Müəmmar Qəzzafinin hakimiyyəti dövründə xidmət göstərənlərin vəzifələrə buraxılmamasına dair qanun layihəsinin təsdiqini tələb edir. Etirazçılar Siyasi Təcrid Qanunu adlanan islahatların həyata keçirilməsinə çağırır.

Lakin onları tənqidçiləri yaraqlı qruplaşmaların hökuməti təhdid etməklə, baş nazir Əli Zidanın vədlərinə əməl etməsinə imkan verməməkdə günahlandırır.

Daha əvvəl nümayişçilər Liviyanın Daxili İşlər Nazirliyi və Milli Televiziya Stansiyasını mühasirəyə alaraq, jurnalistləri döymüşdü.
XS
SM
MD
LG