Accessibility links

Liviya paytaxtında toqquşma olub

  • Amerikanın səsi

Liviya paytaxtında toqquşma olub

Liviya paytaxtında toqquşma olub

Liviyanın müvəqqəti hökuməti Müəmmər Qəzzafinin ordusunda xidmət etmiş sabiq hərbi zabiti ölkə ordusuna rəhbər təyin edib. Bu arada paytaxtda silahlı dəstələr arasındakı toqquşmalar ölkədəki mövcud siyasi gərginliyi əks etdirir.

Dünən Tripolidə yerli silahlı dəstə ilə 200 kilometr şərqdəki Misratadan gəlmiş dəstə arasında toqquşma baş verib. Hər iki tərəfin pulemyotlardan, qumbaraatanlardan və anti-təyyarə atıcılarından istifadə etməsi nəticəsində azı dörd adam həlak olub.

Liviyanın bütün guşələrindən gəlmiş silahlı dəstələr diktator Müəmmər Qəzzafinin devrilməsinə yardım etdilər. Amma rəqib qruplar ölkənin yeni hökumətində nüfuzlarını gücləndirmək uğrunda rəqabət aparırlar.

XS
SM
MD
LG