Accessibility links

Liviya prezidenti Müəmmər Qəzzafinin hakimiyyətdən uzaqlaşdırılmasına dair diplomatik səylər davam etdirilir

Liviya prezidenti Müəmmər Qəzzafinin hakimiyyətdən uzaqlaşdırılmasına dair diplomatik səylər davam etdirilir.Bu gün Böyük Britaniyanın xarici işlər naziri Ulyam Haq müxalifət liderləri ilə müzakirələr məqsədi ilə Benqqazi şəhərinə səfər edib. Haq müxalifətin istehkamına səfər edən ilk yüksək səviyyəli şəxsdir. Çinin Qətərdəki səfiri Liviyanın müxalif şurasının rəhbəri ilə ilə görüşüb.Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Marqezov Benqazidə müxlifət nümayəndələrlə görüşməlidir. Fransanın xarici işlər naziri Alan Juppe Qəzzafinin təcridinin vacibliyini vurğulayıb. O, deyib ki, ölkəsi Liviya müxalifəti ilə əməkdaşlıq edərək, Qəzzafini hakimiyyədən əl çəkməyə vadar etməyə çalışır. NATO isə Liviyada hava zərbələrini davam etdirir. NATO-nun döyüş təyyarələri Tripolidəki hədəfləri bombardman edib. 20 hədəfin dağıdıldığı bildirilir. Qəzzafi hava hücumları zamanı oğlunun öldürülməsindən sonra ictimaiyyət arasında az görünür.

XS
SM
MD
LG