Accessibility links

Liviyada Qəzzafi erasından qalan rəsmilərin vəzifələrindən kənarlaşdırma prosesi necə nəticələnəcək?


Liviyada Qəzzafi erasından qalan rəsmilərin vəzifələrindən kənarlaşdırma prosesi aparılır. Bəzi siyasətçilərin fikrincə, onlardan yaxa qurtarmaqla Liviyanın yenidənqurma işləri sürətlənə bilər. Lakin digərləri bundan heç də əmin olmadıqlarını deyir.

Liviyanın Milli Konqresinin yeni qanunu qüvvəyə mindirməsi ilə Qəzzafi rejiminin rəsmilərinin vəzifələrindən kənarlaşdırılması narahatlıqlara yol açıb. Belə ki, yeni hökumətin təcrübəsizliyi və səriştəsizliyinin ölkəni geriyə sürükləyəcəyinə dair qorxular mövcuddur.

Konqresin yaraqlı qruplaşmaların üzvlərinə əsas nazirlikləri həvalə etməsi də narahatlıq qaynağıdır.

Lakin Müsəlman Qardaşları Partiyasının bəzi üzləri təcrid qanununu təmizləmə adlandırır. Konqres nümayəndəsi Nizar Kavanın dediyinə görə, repressiya və münaqişələrə sənhə olan ölkələr də bu ölçülərə əl atıb. “ABŞ Vətəndaş Müharibəsi dövründə siyasi təcrid qanunu qəbul etmişdi. O, indiki durumdan da ağır idi.Tarixdə bəzən belə hallar baş verir.”

Siyasi təcrid qanununun nəticələri hələ bəlli deyil.

Hökumət və ya idarələrdən gələn on il ərzində nə qədər insan gəlib keçəcək?

Artıq hökumətlə imzalanacaq müqavilələr dayandırılıb, xarici investorlar fəaliyyətlərini dondurub.

Qəzzafi dövründə planlaşdırma naziri olmuş Mahmud Cibrilin fikrincə, yarım milyona yaxın insan işini itirəcək. Qanunu adələtsiz adlandıran sabiq nazir Qəzzafi üçün çalışanların da onun devrilməsində böyük rol oynadıqlarını bildirib.
XS
SM
MD
LG