Accessibility links


Liviya hökuməti ölkənin keçmiş lideri Müəmmar Qəzzafinin bir zamanlar yaşadığı iqamətgahın yerində park salmağı planlaşdırır.

Turizm naziri İkram Baş İmam hökumətin parkın salınması ilə bağlı ilkin işlərə başladığını deyib. Onun sözlərinə görə, 55 hektarlıq ərazidə yerləşən Bəb Əl-Əziziyyə Tripolinin ictimai parklarından birinə çevriləcək.

Tripolinin mərkəzində yerləşən Bəb Əl-Əziziyyə kompleksində adi liviyalılarının təsəvvürünə sığışmayan sərvət cəmlənmişdi.

Lakin Qəzzafinin 40 illik hakimiyyətinin simvolu olan kompleksi NATO-nun hava hücumları nəticəsində dağılıb.

Keçən ay Liviyanın Baş naziri Əli Zidan ərazidə böyük höəcmdə partlayıcıların olduğunu deyib. O bəzi yerlərdə raketlər və radioaktiv maddələrin aşkar edildiyini və ərazidə hərbi mütəxəssislər tərəfindən təmizləmə işlərinin aparıldığını blidirib.
XS
SM
MD
LG