Accessibility links

ABŞ prezidenti Barak Obama Liviyadakı ABŞ səfiri və səfirliyin digər üç işçisinin qətllərini pisləyərək, onların Amerikanın dünya xalqları ilə əməkdaşlıq yolunda çalışdıqları bir vaxt həyatlarına son qoyulduğunu deyib. Cənab Obama səfirJ. Kristofer Stivensin Liviyada inqilab zamanı vəzifəsini ləyaqətlə yerinə yetirdiyini və fədakar bir insan olduğunu deyib.

ABŞ dövlət katibi dünya ölkələrində xidmətdə olan amerikalıların yalnız sülh və tərəqqi qüvvəsi olduğunu deyib. Hillari Klinton Liviyada ABŞ səfirliyinin öldürülməsinə sual ilə münasibət bildirib. O deyib ki, bizim azadlığa çıxmasına yardım etdiyimiz bir ölkədə belə bir şey necə baş verə bilərdi?

Dövlət katibi hucumun Liviyanın yeni hökuməti deyil, ekstremist qruplaşmaların işi olduğunu deyib. Hillari Klinton liviyalıların konsulluğun hücumdan müdafiəsində, səfir Kirs Stevensin xəstəxanaya çatdırılmasında amerikalılarla bərabər olduğunu diqqətə çatdırıb. Xanım Klinton Amerika ilə Liviya münasibətlərinin hücumların qurbanı olmayacağını deyərək, ABŞ-ın Liviyanın azad və demokratik keçid prosesinə arxa çevirməyəcəyini bildirib.

BMT-nin baş katibi və Təhlükəsizlik Şurası Liviyada hadisələrinə görə dərin təəssüf hissi keçirdiyini bildirib və səfir də daxil olmaqla, diplomatların qətlini kəskin şəkildə qınayıb. Ban Gi Mun dinlə bağlı böhtanların hər bir formasının qəbuledilməz olduğunu deyib. Lakin baş katib bildirib ki, ABŞ konsulluğuna qarşı hücuma hec cürə bəraət qazandırıla bilməz.

Liviya baş nazirinin müavini Mustafa Əbu Şaqur amerikalı diplomatların öldürülməsini pisləyib.

Liviyanın xarici işlər nazirinin müavini Vanis Əl-Şərif müxbirlərlə söhbətində silahlı qruplaşmanın hücumunu sui-qəsd missiyası adlandırıb və səfərliyin lazımı təhlükəsizlik ölçüləri götürmədiyini deyib.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Haq hücuma bəraət qazandırılmasının qeyri-mümkün olduğunu deyib.

Fransa prezidenti Frasua Hollad hücumu pisləyib.

Almaniya hökumətinin sözçüsü zorakılığın heç vaxt siyasi debatlar üsülü olmayacağını bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyi hücumu terror aksiyası adlandırıb.

Misirin baş naziri Hişam Qəndil səfirin qətli ilə bağlı heç nə deməyib, lakin Məhəmməd Peyğəmbər haqda filmi təhqir kimi qiymətləndirib.

İran ABŞ prezidentindən müsəlmanlardan üzr istəməsini tələb edib.

Əfqanıstan prezidenti Həmid Karzay da səfirin ölümünə toxunmayaraq, filmi dərşətli əməl adlandırıb.

İslam Əməkdaşlığı Təşkilatı həm qətli, həm də filmi pisləyib.
XS
SM
MD
LG