Accessibility links

Liviyanın birlik hökumətinin qüvvələri bildirib ki, onlar İŞİD-in nəzarətində olan lSirte liman şəhərini geri almağa yaxındırlar.

AFP Fransa xəbər agentliyinin verdiyi məlumata görə, şiddətli döyüşlər İŞİD-in komandanlıq mərkəzi kimi istifadə etdiyi Oaqadoqu konfrans mərkəzi yaxınlığında davam edib. Qırıcı təyyarələrin də İŞİD mövqelərinə hücum etdiyi bildirilir.

Birlik Hökuməti qüvvələri Liviyanın sabiq lideri Müəmmar Qəzzafinin doğulduğu Sirte uğrunda döyüşlərə may ayında başlayıb.

Qüvvələrin sözçüsü Əhməd Hadiyə Associated Press-ə bildirib ki, hücum ən son mərhələsindədir.

Minalar və intiharçı hücumlar

Ölkənin qərbindəki Mistara şəhərindən olan silahlı könüllülər isə bu həftənin əvvəli Sirte şəhərinə daxil olmağa müvəffəq olmuşdular. Onların irəliləməsinin qarşısını isə terrorçular əsasən minalar və intiharçı hücumları ilə almağa çalışır.

Hökumət tərəfdarı döyüşçülər şəhəri 3 - qərb, cənub və şərq istiqamətdən mühasirəyə alıblar.

BMT-nin dəstəklədiyi Liviya hökuməti bildirib ki, Sirte uğrunda döyüşlərdə 100-dən çox hökumət qüvvəsi həlak olub, 400 əsgər isə yaralanıb.

XS
SM
MD
LG