Accessibility links

Tripoli hava limanında şiddətli döyüşlər gedir


Liviyada rəqib döyüşçülərin nəzarəti ələ almaq istədiyi Tripoli beynəlxalq hava limanında şiddətli döyüşlər gedir. Yerli sakinlər və şahidlərin bildirdiyinə görə dörd nəfər ölən var, minlərlə insan isə evlərini tərk etmək məcburiyyəti qarşısında qalıb.

Hava limanında döyüşlər 2011-ci ildə Liviyada Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra ən zorakı qarşıdurma hesab edilir. Liviyanın zəif hökuməti siyasi və iqtisadi üstünlük uğrunda mübarizə aparan keçmiş üsyançılardan ibarət rəqib qruplar üzərində öz hakimiyyətini bərqərar etməkdə çətinlik çəkir.

Döyüşçülərin Qəsr Ben Qaşir rayonunda döyüşlər zamanı raketlərə qarşı ağır silahlar və Grad tipli raketlərdən istifadə etməsi nəticəsində bəzi insanlar ərazidən çıxa bilməyərək orada ilişib qalıb, lakin minlərlə insan evlərini tərk edib.

Rəqabət Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra hava limanına nəzarət edən şimal-qərbdə Zintan döyüşçüləri və onların müttəfiqləri ilə ölkənin qərbində sahil bölgəsində Misrata ilə bağlı olan silahlı qruplar arasında gedir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG