Accessibility links

Liviya üsyançılarının lideri Qəzzafinin nümayəndələri ilə görüşmədiyini bildirir


Liviya üsyançılarının lideri Qəzzafinin nümayəndələri ilə görüşmədiyini bildirir

Liviya üsyançılarının lideri Qəzzafinin nümayəndələri ilə görüşmədiyini bildirir

Liviya üsyançıları Müəmmər Qəzzafinin yardımçıları ilə danışıqlar aparmaları barədə məlumatları təkzib ediblər. Tripoliyə yaxınlaşmaqda olan müxalif qüvvələr Qəzzafi hökumətini devirməyə ümid edir.

Milli Keçid Şurasının başçısı Mustafa Abdel Cəlil deyib ki, Qəzzafinin nümayəndələri ilə nə birbaşa, nə də bilavasitə danışıqlar aparılmayıb.

Qərb mətbuatında yayılan məlumata görə Qəzzafinin yardımçıları Liviya üsyançıları ilə bu həftənin əvvəli Tunisin Djerba adasında görüşüb. Məlumata görə, BMT-nin Liviya üzrə nümayəndəsi Əbdül İlah Əl-Xatib də danışıqlarda iştirak edib.

Başqa bir xəbərə görə, NATO Liviyanı skad raketlərindən istifadə etdiyinə görə tənqid edib.

Liviya üsyançıları Tripolinin qərb və cənubundakı başlıca şəhərləri ələ keçirib və Qəzzafini devirmək üçün paytaxta gedən təchizat yollarını bağlamağa çalışırlar.

XS
SM
MD
LG