Accessibility links

Liviya üsyançıları Zaviyədə sonuncu neft mədənini ələ keçirdilər

  • Amerikanın səsi

Liviya üsyançıları Zaviyədə sonuncu neft mədənini ələ keçirdilər

Liviya üsyançıları Zaviyədə sonuncu neft mədənini ələ keçirdilər

Liviya üsyançıları bildirirlər ki, onlar Tripolinin qərbində yerləşən strateji şəhərdə sonuncu işlək neft mədənini ələ keçiriblər. Son uğurlar üsyançıların paytaxta doğru irəliləyişinin tərkib hissəsidir.

Üsyançılar Tripolidən 50 kilometr qərbdə yerləşən Zaviyə şəhərindəki neft mədəninə nəzarət edirlər. Komandirlər buraya birləşən boru kəmərlərini dünən bağlamışdılar.

Zaviyəni tərk edən sakinlər müxalifəti şəhərə əsasən nəzarət etdiyini və küçələrdə müxalifətin üçrəngli bayraqlarının dalğalandığını xəbər verirlər. Qəzzafyə sadiq qüvvələr bu gün şəhəri top atəşinə tutmuş və snayperlər arabir hədəflərə atəş açmışlar.

Qəzzafinin başlıca yanacaq mənbəyi hazırda Tunis və Əlcəzairdən qaçaqmalçılıqla gətirilən neftdir.

Bu arada müxalifət neft limanı Breqa uğrunda cərəyan edən döyüşlərdə 18 nəfərin öldüyünü, 33-nün yaralandığını xəbər verir. Aylardır ki, müxalifət qüvvələri bu şəhər uğrunda Qəzzafi tərəfdarları ilə vuruşurlar.

XS
SM
MD
LG