Accessibility links

BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Liviyada rəqib iki hökumət arasında əsas siyasi məsələlərlə bağlı konsensus əldə edildiyini bildirib.

Mərakəşdə açıqlama verən Bernardino Leon deyib ki, tərəflərin həll olmamış əsas məsələlər ətrafında fikir ayrılıqlarını üstələyə bilməsi milli birlik hökumətinin yaradılmasına dair uzun müddətdir gözlənilən sazişin bu ay bağlana biləcəyi ehtimalını artırır.

O ilk dəfədir bunun baş verə biləcəyini bildirərək, "Liviyada bütün əsas partiyalarla bu razılığın əldə edilə bilməsinin" mümkünlüyünü qeyd edib.

"Biz bilirik ki, bu, çox iş tələb edəcək, lakin biz inanırıq ki, sentyabrın 20-i son möhlətə qədər razılığın əldə edilməsi mümkün olacaq"-deyə o bildirib.

Razılığın son variantının mətnini əldə etmək hələ mümkün olmayıb.

2011-ci ildə Liviyanı uzun müddət idarə etmiş diktator Müəmmar Qəzzafinin hakimiyyətdən devrilib öldürülməsindən sonran Liviyada siyasi hərcmərcik hökm sürür. Ölkə paytaxt Tripolidə islam meylli hökumət və Tobrukda beynəlxalq ictimaiyyətin tanıdığı hökumət arasında bölünüb.

Bernardino Leon tərəflərin ölkəni böhrandan çıxaracaq milli birlik hökumətinə başçılıq etmək üçün baş nazir və onun iki müavini vəziflərinə namizədlərini irəli sürməsinə çalışırdır.

O, Tripoli hökumətinə milli birlik hökumətində namizədlərin adlarını açıqlamaq üçün 48 saat vaxt verildiyini deyərək, Tobrukda yerləşən hökumətin öz namizədlərinin adlarını təqdim etdiyini bildirib.

XS
SM
MD
LG