Accessibility links

BMT-nin Liviya nümayəndəsi yeni birlik hökümətinin yaranmasını təkif edib. Bu, dörd ildir davam edən xaos və siyasi qarışıqlığa son qoymaq üçün atılan böyük addım ola bilər.

Cümə günü Mərakeşdə olan Bernardino Leon bildirib ki, “Liviyanı xilas etmək üçün liviyalılar bu tarixi fürsətdən istifadə etməlidir.”

“Biz Liviya xalqının seçimlərin sonsuz olmadığını və mükəmməl nəticə əldə etməyin mümkün ola bilməyəcəyini anlamasını istəyirik. Ancaq, fikrimcə, bu siyasətçilər ölkəni böhrandan çıxarmaq üçün əllərindən gələni edəcəklər,” deyə o bildirib.

Leon Tripolidə fəaliyyət göstərən hökümət üzvü Faiz Sərracın baş nazir təyin edildiyini bildirib, eləcə də Tripoli və şərqdəki rəqib parlamentlərin birlik hökümətini qəbul etməli olduqlarını deyib.

BMT-nin baş katibi Ban Ki-Mun bu bəyanatı alqışlayıb və Liviyanın bütün siyasi partiyalarını razılığı təsdiq etməyə çağırıb.

Birləşmiş Ştatlar və digər dünya qüdrətləri Liviyanı İŞİD və digər terrorçu qruplar vəziyyətdən sui-istifadə etmədən birlik höküməti üzərində razılışmağa çağırıb.

XS
SM
MD
LG