Accessibility links

Liviyada NATO-nun hava hücumları davam edir


Liviyada NATO-nun hava hücumları davam edir

Liviyada NATO-nun hava hücumları davam edir

Liviya üsyançıları Müəmmar Qəzzafiyə sadiq qüvvələrin nəzarətində olan Qərbi Dağ şəhərinə doğru hücuma keçiblər. NATO isə paytaxt Tripolidə hava hücumlarını davam etdirir.

Üsyançılar deyir ki, onlar paytaxtdan 100 kilometr cənubda Yafran şəhərinin nəzarətini öz əllərinə keçiriblər. Qərbi Dağ şəhərinin sakinləri 40 illik liderin hakimiyyətinə etiraz etmək üçün ayağa qalxanda Qəzzafi tərəfdarı qüvvələr şəhərə hücuç etmişdi.

Mətbuatın bildirdiyinə görə, hazırda şəhərdə hökumət qüvvələrinin qalmadığının şahidi olublar. Hazırda yerli sakinlər üsyançıların bayrağını dalğalandırır və Liviya liderinin parçalanmış portretlərini nümayiş etdirirlər.

Bununla yanaşı, NATO qırıcı təyyarələri gecəyarısı Tripoli yaxınlığında cənab Qəzzafinin komandanlığını və nəzarət mərkəzini hədəf alaraq Liviya liderinə təzyiqlərini davam etdiriblər.

XS
SM
MD
LG