Accessibility links

Liviyada atəşkəs səyləri iflasa uğradı


Liviyada atəşkəs səyləri iflasa uğradı

Liviyada atəşkəs səyləri iflasa uğradı

Cənubi Afrika prezidenti Ceykob Zuma Liviyada atəşkəs sazişi əldə edə bilməyib. Bu arada səkkiz yüksək rütbəli ordu zabiti Müəmmər Qəzzafiyə qarşı çıxdıqlarını elan ediblər.

Cənab Zuma Tripolidə Liviya mediasına bildirib ki, Qəzzafi atəşkəs şərtlərinə NATO bombalanmasına son qoyulmasının və ötən ay müxalfət tərəfindən rədd edilmişm müddəaların daxil edilməsini istəyir. Onun sözlərinə görə Qəzzafi Liviyadakı qarşıdurmanın liviyalılar arasında həll olunmasına tərəfdardır.

Liviya dövlət televiziyası Qəzzafinin cənab Zumanı qarşıladığını göstərib. Mayın 11-dən bəri ilk dəfədir ki, Qəzzafi televiziya ekranlarında görünür.

Cənab Zuma Qəzzafinin istefa verməyə hazır olub-olmadığı haqda heç nə deməyib. Bu, təklif olunan atəşkəsi dərhal rədd edən üsyançıların başlıca tələbidir.

Üsyançıların xarici işlər naziri Dr. Fathi Baya deyib ki, indi beynəlxalq ictimaiyyət artıq Qəzzafinin hakimiyyəti tərk etməsi şərtlərindən danışır.

Bu arada Romada mətbuat konfransı keçirən səkkiz yüksək rütbəli lviiyaləı zabit bu günlərdə 120 əsgərin Qəzzafiyə qarşı çıxdıqlarını deyiblər. Onların sözlərinə görə NATO hava zərbələrinin sayəsində Liviya hökumət qüvvələrinin effektivliyi xeyli azalıb.

XS
SM
MD
LG