Accessibility links

Liviyada dövlət başçısı Müəmmər Qəzzafinin istefası tələbi ilə daha bir etiraz dalğası baş qaldırıb

  • Amerikanın səsi

Liviyada dövlət başçısı Müəmmər Qəzzafinin istefası tələbi ilə daha bir etiraz dalğası baş qaldırıb

Liviyada dövlət başçısı Müəmmər Qəzzafinin istefası tələbi ilə daha bir etiraz dalğası baş qaldırıb

Bu gün Liviyada dövlət başçısı Müəmmər Qəzzafinin istefası tələbi ilə daha bir etiraz dalğası baş qaldırıb. Xəbər agentlikləri cümə namazından sonra keçirilən nümayiş iştirakçılarına atəş açıldığını bildirir. Qəzzafinin əleyhdarı rəqib qüvvələr Liviyanın şərq bölgəsini nəzarətində saxlayır. Hökumət əleyhinə hərəkat ölkənin şərq bölgələrinə doğru irəliləyir. Dünən Zaviyə şəhərindəki qarşıdurmalar zamanı 23 adam həlak olub. Misurata şəhərində qızğın döyüşlər getdiyi xəbər verilir. Bildirildiyinə görə Qəzzafinin yaxın müşavirlərindən biri nümayişçilərə qarşı zorakılıqlara etiraz olaraq vəzifəsindən istefa verib. Liviyanın dünya ölkələrindəki bir çox səfiri, ədliyyə və daxili işlər nazirləri nümayişçilərə dəstək verib. İğtişaşlar zamanı nə qədər insanın həlak olduğunu demək mümkün olmasa da, təxminlərə görə indiyədək yüzlərlə insan ölüb. İtaliyanın xarici işlər nazirliyi bir həftə davam edən qarşıdurmalarda mindən artıq adamın həlak olduğunu bildirib. Müəmmər Qəzzafinin oğlu Saif Əl-İslam Qəzzafi tələfatın şişirdildiyini iddia edir.

XS
SM
MD
LG