Accessibility links

Liviya Səhiyyə Nazirliyi bildirir ki, dünən Benqazidə baş qaldırmış iğtişaşlar nəticəsində ölənlərin sayı 43 çatıb. Nazirlik 130-dan çox insanın isə yaraldığını bildirir.

Liviyanın general Xəlifə Həftara sadiq döyüşçüləri hökumətin icazəsi olmadan islamçı yaraqlılara qarşı hərbi reyd keçirib.

Hava və quru hücumlarından sonra bu gün şəhərdə sakinçilik hökm sürsə də, hava limanı hələ də bağlıdır.

Hökumət əməliyyatları pisləyib və ordu qərargahları rəisi Abdülssalam Cadullah ordunun döyüşlərdə iştirak etmədiyini bildirib.

General Həftarı dəstəkləyənlərdən biri olan ordu polkovniki Məhəmməd Əl-Hacazi isə deyib ki, əməliyyat ölkəni islamçı yaraqlılardan qorumaq məqsədi daşıyıb.
XS
SM
MD
LG