Accessibility links

Liviyada saxlanılan jurnalistlər azad olunub


Liviyada saxlanılan jurnalistlər azad olunub

Liviyada saxlanılan jurnalistlər azad olunub

Fransanın AFP xəbər agentliyinin bildirdiyinə görə, Liviya lideri Müəmmar Qəzzafiyə sadiq hərbçilər tərəfindən ələ keçirilmiş iki jurnalist və foto-müxbirlər azad edilib. Xəbərdə deyilir ki, müxbir Deyv Klark, foto-müxbirlər Roberto Smit və Co Reydl bu gün səhər tezdən Tripolidə azad edilmişlər.

Jurnalistlər keçən həftənin cümə günü ölkənin şərqində Qəzzafi qüvvələrinin yerli üsyançılara qarşı hücumlar həyata keçirdikləri Torbuk şəhərindən 35 km məsafədə olduqları barədə email vasitəsilə məlumat verdikdən sonra itkin düşmüşdülər.

Fransanın xəbər agentliyi jurnalistləri aparan sürücünün dediklərinə istinad edərək bildirib ki, jurnalistlər Qəzzafiyə sadiq əsgərlər tərəfindən əsir götürülüb. Cənab Qəzzafinin sözçüsü Liviya liderinin jurnalistlərin dərhal azad edilməsi barədə göstəriş verdiyini deyib.

XS
SM
MD
LG