Accessibility links

Liviyada müvəqqəti hökumət qüvvələri Qəzzafi loyalistlərinin müqaviməti ilə üzləşir


Liviyada müvəqqəti hökumət qüvvələri Qəzzafi loyalistlərinin müqaviməti ilə üzləşir
Liviyada müvəqqəti hökumət qüvvələri Qəzzafi loyalistlərinin müqaviməti ilə üzləşir

Liviyada yeni hökuməti qüvvələri devrilmiş lider Müəmmər Qəzzafiyə sadiq döyüşçülərin sərt müqaviməti ilə üzləşirlər. Üsyançıların Tripolini tutmasından bir neçə həfətə sonra müvəqqəti hökumət qüvvələri Qəzzafi loyalistlərinin istehkamlandığı iki qəsəbəni ələ keçirməyə çalışır.

Liviya Milli Keçid Şurasının döyüşçüləri Sirte şəhərinə daxil olmağa cəhd göstərərkən raket və artilleriya barajına məruz qalıblar.

Lakin MKŞ döyüşçüləri geri çəkilməyə məcbur olduqdan bir gün sonra yenidən əhalisi boşalmış Bəni Valid qəsəbəsinə qayıdıblar.

Devrilmiş liderin sözçüsü Musa İbrahim deyir ki, Qəzzafi loyalistləri “aylarla” müqavimət göstərər bilər.

Bu arada Reuters xəbər agentliyi MKŞ qüvvələrinin Sirtedən 60 kilometr cənubda yerləşən Herava qəsəbəsini azad etdiklərini xəbər verir.

XS
SM
MD
LG