Accessibility links

Liviyada Müvəqqəti Milli Şura yaradılması məsələsi müzakirə edilir (Yenilənib)


Liviyada Müvəqqəti Milli Şura yaradılması məsələsi müzakirə edilir (Yenilənib)

Liviyada Müvəqqəti Milli Şura yaradılması məsələsi müzakirə edilir (Yenilənib)

Şahidlərin dediyinə görə, NATO qüvvələrinin Liviya prezidenti Müəmmar Qəzzafiyə təzyiq kampaniyasının tərkib hissəsi olaraq paytaxt Tripolidə bir neçə partlayış baş verib. Şahidlər NATO-nun gündüz saatlarında hava reydləri keçirdiyi zaman Qəzzafi birləşmələrinin yeləşdiyi ərazidə tüstü göründüyünü bildiriblər.

Avropa Birliyi isə bu gün Liviya hökumətinə qarşı qoyulan sanksiyalar siyahısına hökumətin nəzarətində olan 6 limanı da daxil etməyi planlaşdırdığı barədə açıqlama verib.

Bu arada Benqazi şəhərində Müvəqqəti Milli Şura yaradılması məsələsini müzakirə etmək üçün Rusiyanın xüsusi nümayəndəsi Mixail Margelov qəbilə üzvləri ilə görüşüb. Cənab Margelov Moskvanın Liviyanın suveren və demokratik bir ölkə olmasını arzu etdiyini deyib.

Çinin Xarici İşlər Nazirliyi də Misirdəki diplomatlarının bu yaxınlarda qəbilə üzvələri ilə görüşdüklərini bildirib. Bugünkü açıqlamasında nazirlik Liviya xarici işlər nazirinin Pekinə səfər edəcəyini deyib.

Nə Rusiya və nə də Çin mart ayında BMT Təhlükəsizlik Şurasının Liviya üzərindən uçuşlara qadağa qoyulması barədəki qərarına səs verməmiş və məsələnin danışıqlar yolu ilə həllinə çağırmışdılar.

XS
SM
MD
LG