Accessibility links

Müəmmar Qəzzafi ölkə boyu ona dəstək verənlərə mürəciət edib


Müəmmar Qəzzafi ölkə boyu ona dəstək verənlərə mürəciət edib
Müəmmar Qəzzafi ölkə boyu ona dəstək verənlərə mürəciət edib

Müəmmar Qəzzafinin istefası üçün Liviyada etiraz aksiyalarının daha da vüsət alacağı gözlənilir. Dünən cənab Qəzzafi baş verənlərin qarşısının alınması məqsədi ilə ölkə boyu ona dəstək verən mülki vətəndaşlarına mürəciət edib. Dünən eləcə də minlərlə müxalifət tərəfdarı daha sərt şəkildə cənab Qəzzafinin vəzifəsindən getməsi tələbini irəli sürmüşlər. Liviyanın çoxlu şəhərlərində və ölkənin böyük bir hissəsində etirazçılar nəzarəti ələ keçiriblər.

Xəbər agentliklərinin yerli sakinlərin dediklərinə əsaslanaraq bildirdiklərinə görə dünən də Qəzzafi tərəfdarı hərbi qüvvələr Tripolinin bir neçə məhəlləsində etirazçılara qarşı odlu silahlardan istifadə etmişlər. Bu arada ABŞ Liviyadakı səfirliyini bağlayıb.

XS
SM
MD
LG