Accessibility links

Liviya parlamenti ilk iclasını keçirib


Liviyanın yeni seçilmiş parlamenti ilk sessiyasını keçirib.

Parlamentin açılış sessiyası beynəlxalq hava limanına nəzarəti ələ keçirmək istəyən rəqib üsyançı qruplar arasında döyüşlərin getdiyi paytaxt Tripolidən 1500 kilometr məsafədə yerləşən Tobruk şəhərində keçirilib.

Yüksək təhlükəsizlik şəraitində keçirilən ilk iclasa qanunvericilərin dörddə üç hissəsi toplaşıb. Parlamentin sessiyası istefaya gedəcək parlament sədri Nuri Əbu Sahmeyn də daxil olmaqla islamçı millət vəkilləri tərəfindən boykot edilib. O, millət vəkillərini Tripolidə rəsmi parlamentin sessiyasına alternativ iclas keçirməyə çağırıb.

Tripoli və Benqazidə gedən döyüşlər 200-dən çox insanın həyatını itirməsinə səbəb olub. Hər iki şəhərdə təhlükəsizliklə bağlı vəziyyət qanunvericilər üçün münasib hesab edilmir.

Zorakılıqlar bir neçə ölkənin diplomatlarının Liviyanı tərk etməsi və səfirliklərini bağlaması ilə nəticələnib.

Birləşmiş Ştatlar amerikalıların ölkəni tərk etməsini tövsiyə edib.

Liviya Qəzzafi hökumətinin devrilməsindən sonra ən ağır zorakılıqlarla qarşılaşır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG