Accessibility links

Liviyanın islamçı milis qüvvələri Tripolidə yerləşən beynəxalq hava limanını ələ keçirdikdən sonra açıq şəkildə yeni seçilmiş parlamentin legitimliyinə meydan oxuyur.

Liviyanın paytaxtında yerləşən hava limanını ələ keçirdikdən sonra, Misrata şəhərindən olan milis qüvvələri keçmiş milli məclisin bərpa olunmasını tələb edib.

Qüvvələr iyun ayında seçilmiş parlamentin hava limanı uğrunda gedən döyüşlər zamanı milis qüvvələrinə qarşı hava hücumunda əli olduğunu iddia edir. Döyüşlər milislər və Zintan bölgəsindən olan üsyançı qüvvələr arasında altı həftə davam etmişdi.

Misratililər Misir və Birləşmiş Ərəb Əmirliklərinin hava hücumlarında birbaşa əli olduğunu iddia edir. Qahirə iddiaları rədd etsə də, BƏƏ iddialar haqda fikir bildirməyib.

XS
SM
MD
LG