Accessibility links

Liviyada qızğın döyüşlər gedir

  • Amerikanın səsi

Liviyada qızğın döyüşlər gedir

Liviyada qızğın döyüşlər gedir

Liviya lideri Müəmmər Qəzzafiyə sadiq qüvvələr üsyançıların nəzarəti altında olan şəhərlər uğrunda qızşın döyüşlər aparır. Müxalifət qüvvələri Zaviya şəhərinin nəzarətini itirməməyə çalışır. Fransa xəbər agentliyi şahidlərə istinadən döyüşlər zamanı 7 adamın həlak olduğunu bildirir. Qəzzafi tərəfdarları dünən Ras Lanuf liman şəhərinə doğru irəliləsə də, rəqib qüvvələr şəhərə hələ də nəzarət etdiklərini deyir. Qızmızı Xaç komitəsi 200 min insanın yardıma ehtiyacı olduğunu bildirib. Bu arada İnterpol Müəmmər Qəzzafi və digər 15 liviyalı barədə qlobal xəbərdarlıq yayıb. Beynəlxalq Cinayətlər üzrə məhkəmə Qəzzafi ilə bağlı istintaqa başlayıb. Qəzzafi və onun ətrafında olan insanlar bəşəriyyətə qarşı cinayətdə ittiham edilə bilər.

XS
SM
MD
LG