Accessibility links

Liviyada Qəzzafiyə sadiq qüvvələr üsyançlıarı geri çəkilməyə məcbur edir


Liviyada Qəzzafiyə sadiq qüvvələr üsyançlıarı geri çəkilməyə məcbur edir
Liviyada Qəzzafiyə sadiq qüvvələr üsyançlıarı geri çəkilməyə məcbur edir

Liviyada hökumətpərəst qüvvələr Əcdəbiyə şəhəri yaxınlığında üsyançıları artilleriya atəşinə tutublar. Şənbə günü baş verən hücumlar üsyançıları geri çəkilməyə məcbur edib. Son hadisələr üsyançıların neft limanı olan Breqaya irəliləyişini yavaşıdıb.

Liviya lideri Müəmmər Qəzzafiyə qarşı üsyan başlanandan bəri Breqa şəhəri bir neçə dəfə əldən ələ keçib.

Bu arada Qırmızı Xaç tibbi ləvazimat daşyıan gəminin Misrata limanına gəldiyi bildirilir. Misrata həftələrlə Qəzzafiyə sadiq qüvvələr tərəfindən mühasirəyə alınıb. Bu şəhər Liviyanın qərbində üsyançıların nəzarət etdiyi yeganə şəhərdir.

XS
SM
MD
LG