Accessibility links

Liviyada seçkilər gələn ayadək təxirə salınıb


Liviyada uzun müddət hakimiyyətdə olmuş Müəmmar Qəzzafinin silahlı üsyan nəticəsində devrilməsindən sonra keçiriləcək ilk səsverməyə hazırlaşmaq üçün seçkilər gələn ayadək təxirə salınıb.

Liviya Seçki Komissiyasının rəhbəri Nuri Əl-Əbbar deyib ki, seçicilər qeydiyyatdan keçmək və rəsmilərə namizədlərin qeydiyyatını yoxlamaqğa daha çox vaxt vermək üçün 18 günlük ləngiməyə ehtiyac var idi.

BMT-nin Liviyadakı missiyası milli birlik üçün seçkilərin vaxtının dəyişdirilməsini alqışlayaraq bildirib ki, bu ləngimə səsverməyədək mühüm hazırlıqların başa çatdırılmasına yardımçı olacaq. Dünənki açıqlanmada BMT rəsmiləri deyib ki, Liviyanın seçki komissiyası kiçik vaxt kəsiyi və ciddi sistem dəyişikliyi kontekstində böyük irəliləyişə nail olub.

XS
SM
MD
LG