Accessibility links

Liviyada xalq üsyanı genişlənir


Liviyada xalq üsyanı genişlənir

Liviyada xalq üsyanı genişlənir

Şahidlər Liviya paytaxtı Tripolidə hökumət binalarının alovlandığını deyirlər. Paytaxtda müxalifət fəallarının təhlükəsizlik qüvvələri ilə döyüşdüyü haqda xəbərlər daxil olmaqdadır.

Dünən gecədən bəri ilk dəfə olaraq atəş səsləri paytaxt Tripolini bürüyüb. Anti-hökumət nümayişçilər paytaxta nəzarəti diktator Müəmmər Qəzzafinin tərəfdarlarından almağa çalışırlar. Onlar Liviya polisinin izdihama qarşı gözyaşardıcı qazdan istifadə etdiyini deyirlər.

Qəzzafinin oğlu Seyf əl-İslam dövlət televiziyasına çıxaraq atasının hələ də ölkəyə nəzarət etdiyini bildirib. O, hökumətin hərbi dəstəyə malik olduğunu bəyan edərək Qəzzafilərin hakimiyyətdə qalmaq üçün “sonuncu kişi, qadın və gülləyədək vuruşacağını” bildirib.

Rabitəsiz çıxışında barmaq silkələyən Seyf əl-islam liviyalılara ölkəni qan çanağına döndərməməyə xəbərdarlıq edib. O, israr edib ki, Liviya Tunis və Misirin tayı deyil. Qəzzafinin oğlu üsyanı xarici qüvvələrin əməli adlandırıb.

ABŞ-da qərargahlanan Human Rights Watch Liviya üsyanında azı 233 adamın öldüyünü xəbər verir. Qətllərin çoxu üsyanın başlanğıc nöqtəsi olan Benqazidə baş verib.

XS
SM
MD
LG