Accessibility links

Liviyada üsyançılar tunislə sərhəddə mövqeləri ələ keçiriblər


Liviyada üsyançılar tunislə sərhəddə mövqeləri ələ keçiriblər

Liviyada üsyançılar tunislə sərhəddə mövqeləri ələ keçiriblər

NATO raket hücumları nəticəsində paytaxt yaxınlığında 7 nəfərin öldüyü, 18 nəfərin yaralandığı bildirilir

Liviyanın qərbində şahidlər hökumət tərəfdarları ilə atışmadan sonra üsyançıların Tunislə sərhəddə nəzarəti ələ keçirdiklərini bildiriblər.

Mənbələrə əsasən, üsyançılar Tunisin Dehiba şəhərinə gedən yolda sərhəddin Liviya tərəfində mövqe tutduqlarını bildirirlər. Qəzzafi tərəfdarlarının üsyançılar tərəfindən ələ keçməmək üçün sərhəddən Tunisə keçdiyi bildirilir.

Liviya dövlət mətbuatı dünən NATO raket hücumları nəticəsində paytaxt Tripoli yaxınlığında yeddi nəfərin öldüyü və 18 nəfərni yaraladığı haqda məlumat verib.

NATO rəsmiləri Fransa xəbər agentliyi AFP-yə müttəfiqlərin paytaxt yaxınlığında hərbi istehkama hava hücumları həyata keçirdiyini bildiriblər. Onlar hadisədə mülki vətəndaşların həlak olması barədə dəlil sübutun olmadığı qeyd ediblər.

XS
SM
MD
LG