Accessibility links

Liviyada etirazlar səngimir


Liviyada etirazlar səngimir
Liviyada etirazlar səngimir

Qərb xəbər agentlikləri Liviyann şərqi Benqazi şəhərində yeni nümayiş dalğasının baş qaldırdığını xəbər verirlər. ABŞ-da qərargahlanan Human Rights Watch təşkilatı ötən iki gün ərzində Liviyada təhlükəsizlik qüvvələrinin 24 nümayişçini qətlə yetiridiklərini xəbər verib.

Frans Press xəbər agentliyi bildirir ki, nümayişçilər bu gün Benqazidə yerli radio stansiyasını yandırıblar. Ölkə boyu başqa şəhərlərdə də etiraz aksiyalarının keçirildiyi deyilir.

Dünən, müxalifətin “Qəzəb Günü” elan etdiyi gündə, Müəmmər Qəzzafinin tərəfdarları müxalifətçilərlə toqquşmuşdular.

XS
SM
MD
LG