Accessibility links

Liviyada koalisiya təyyarəsi qəzaya uğrayıb


Liviyada koalisiya təyyarəsi qəzaya uğrayıb

Liviyada koalisiya təyyarəsi qəzaya uğrayıb

Birləşmiş Ştatlar hərbi qüvvələrinin bildirdiyinə görə, dinc sakinləri Liviya lideri Müəmmar Gəzzafi ordusundan xilas etmək məqsədi ilə beynəlxalq hərbi kampaniyada iştirak edən qırıcı təyyarə qəzaya uğrayıb. Birləşmiş Ştatların Afrika Komandanlığının sözçüsü Vins Krouli təyyarənin vurularaq deyil, texniki səbəbdən qəzaya uğradığını deyib. Sözçü iki nəfərlik heyət üzvlərindən birinin tapıldığını, digərinin axtarışının davam etdirildiyini bildirib.

Koalisiya qüvvələri dünən üçüncü gecə idi ki, Liviyaya hücum edirdi. Birləşmiş Ştatlar generalı Karter Həm dünən BMT-nin qərarı ilə Liviya üzərində qeyri-uçuş zonasının genişləndiriləciyini bildirib. O, əlavə edib ki, qaqrşıdan gələn günlərdə bombardmanların azalacağını güman edir. Hələ ki, üsyançılar hava kampaniyasından öz xeyirlərinə istifadə edə biməyiblər. Dağınıq qiyamçı qüvvələrin dünən Əcdəbiyyə şəhərini gery qaytarmaq cəhdinin qarşısı Qəzzafiyə sadiq qüvvələr tərəfindən alınıb.

XS
SM
MD
LG