Accessibility links

Liviyada hökumətin yanacağı birbaşa dünya bazarına çıxarmaq qadağasına baxmayaraq, ölkənin şərqinə nəzarət edən yaraqlılar Şimalı Koreya bayrağı ilə üzən tankerlə yanacaq ixrac etməyə çalışıb.

Tanker limanı tərk edəndən sonra Liviya baş naziri Əli Zidan bildirib ki, hökumətin əmrlərinə əməl edilməsə, tanker bomba ilə vurulacaq. Cənab Zidan əlavə edib ki, bomba hücumu ekoloji fəlakətlə nəticələnə bilər.

Dünən silahlı şəxslər hökumətə sadiq işçiləri gəmini sahilə buraxmağa məcbur edib. Yaraqlıların sözçüsü hökumətə xəbərdarlıq edib ki, əməliyyatın qarşısını almasın.

Ölkənin silahlı qüvvələrinin limanı doğru hərəkət etməsinə dair hələlik heç bir işarə yoxdur.
XS
SM
MD
LG