Accessibility links

Beynəlxalq Cinayət Məhkəməsi Müəmmər Qəzzafinin həbsini istəyir (Yenilənib)


The British Royal Air Force Red Arrows fly in formation over Buckingham Palace.
The British Royal Air Force Red Arrows fly in formation over Buckingham Palace.

Beynəlxal Cinayət Məhkəməsi Liviya prezidenti Müəmmar Qəzzafi, onun oğlanlarından biri və kəşfiyyat idarəsinin başçısına bəşəriyyətə qarşı cinayət ittihamları irəli sürmüş və hakimdən onların həbsi üçün hökm çıxarmağı istəmişdir. Baş prokuror Luis Moreno-Okampo Haaqada deyib ki, prezident Qəzzafi, oğlu Seyf əl-İslam Qəzzafi və kəşfiyyat idarəsinin başçısı Abdulla əl-Sanusinin hakimiyyəti əldə saxlamaq üçün cinayətlər törətdikləri ilə bağlı kifayət qədər dəlil toplanılıb. O, fevral ayında hökumətə qarşı etiraz aksiyalarının başladığı vaxtdan bəri Liviya ordusunun sistematik olaraq mülki vətəndaşlara hücumları barədə 74 səhifəlik sənəd hazırlandığını bildirib.

Bu arada Liviyanın baş naziri NATO-ya atəşkəs müqabilində barışıq təklif edib. Baş nazir Bağdadi Əl-Mahmudi atəşkəs barədə təkilfi dünən BMT-nin xüsusi nümayəndəsi Əbdüllah Xatiblə Tripolidə görüşü zamanı təqdim edib.

XS
SM
MD
LG