Accessibility links

Liviyanın hökumət qüvvələri Misrata şəhərindəki 4 neft deposuna hücum edib


Liviyanın hökumət qüvvələri Misrata şəhərindəki 4 neft deposuna hücum edib
Liviyanın hökumət qüvvələri Misrata şəhərindəki 4 neft deposuna hücum edib

Şəhərin yeganə yanacaq mənbəyini sıradan çıxarılıb

Liviyanın hökumət qüvvələri Misrata şəhərindəki 4 neft deposuna hücum edərək, şəhərin yeganə yanacaq mənbəyini sıradan çıxarıb. Rəqib döyüşçülərin nəzarəti altında olan bu şəhər uğrunda hökumət qüvvələri iki aydır mübarizə aparır.

Dünən Liviya rəqib döyüşçülər və mülki əhaliyə dəstək məqsədi ilə milyonlarla dollarlıq beynəlxalq yardımı tənqid edib. Ötən cümə axşamı 22 üvzlü Təmas Qrupu Liviya müxalifətinə yardım barədə qərar qəbul edib.

ABŞ Liviyanın Amerikada dondurulmuş 30 milyardlıq hesablarını azad edir.

Bu arada, Liviya müxalifəti İtaliyanın onları silahla təmin etməyə razılıq verdiyini bildirib. İtaliyanın Xarici İşlər Nazirliyi isə rəqib döyüşçülərin özünümüdafiə təchizatı ilə təmin ediləcəyini bəyan edib.

XS
SM
MD
LG