Accessibility links

Liviyanın Milli Keçid Şurası Barak Obamanın Vaşinqtonda nümayəndəlik açmaq təklifini qəbul edib

  • Amerikanın səsi

Liviyanın Milli Keçid Şurası Barak Obamanın Vaşinqtonda nümayəndəlik açmaq təklifini qəbul edib

Liviyanın Milli Keçid Şurası Barak Obamanın Vaşinqtonda nümayəndəlik açmaq təklifini qəbul edib

ABŞ dövlət katibinin Yaxın Şərq üzrə müavini Ceffri Feltman Liviyanın Milli Keçid Şurasının Barak Obamanın Vaşinqtonda nümayəndəlik açmaq təklifini qəbul etdiyini bildirib. Liviya müxalifətinin istehkamı Benqazidə olan cənab Feltman deyib ki, ABŞ artıq Liviya lideri Müəmmər Qəzzafi ilə danışıqlara getmir. O, Vaşinqtonun müxalifət şurasını Liviya xalqının legitim təmsilçisi hesab etdiyini bildirib. Amerikanın yüksək səviyyəli diplomatı fevral ayından baş qaldıran etirazlardan sonra ilk dəfə bölgəyə səfər edir. Diplomatik dəvət NATO-nun hava qüvvələrinin Tripoliyə qarşı reydlərini davam etdirdiyi vaxta təsadüf edir.

XS
SM
MD
LG