Accessibility links

Liviyanın Milli Keçid Şurası müvəqqəti hökumətin tərkibini açıqlayacaq

  • Amerikanın səsi

Liviyanın Milli Keçid Şurası müvəqqəti hökumətin tərkibini açıqlayacaq

Liviyanın Milli Keçid Şurası müvəqqəti hökumətin tərkibini açıqlayacaq

Liviyanın Milli Keçid Şurası gələn bir neçə gün ərzində müvəqqəti hökumətin tərkibinin açıqlanacağını bildirib. Şura hökumətdə 22 nazir və baş nazir müavininin yer alacağını bəyan edib.

Liviyanın müvəqqəti hökuməti Səbha da daxil edilməklə, bir sıra səhra şəhərlərinin nəzarətinin ələ keçirildiyini bildirib. Milli Keçid Şurasının bildirdiyinə görə, Cufra, Sokna, Vaddan və Houn şəhərlərinin nəzarəti artıq onun qüvvələrinin əlindədir. Lakin qüvvələr hələ də Bani Valid və Sirt şəhərlərində güclü müqavimətlə üzləşir.

Eyni zamanda Beynəlxalq Atom Enerjisi Agentliyi Qəzzafi hökumətinin Səbha yaxınlığında uran saxladığını bildirib.

NATO isə Liviyadakı əməliyyatlarını daha üç ay müddətinə uzadıb.

XS
SM
MD
LG