Accessibility links

Liviyada yeni müvəqqəti hökumət üzvlərinin adları açıqlanacaq


Liviyada yeni müvəqqəti hökumət üzvlərinin adları açıqlanacaq
Liviyada yeni müvəqqəti hökumət üzvlərinin adları açıqlanacaq

Liviyada müvəqqəti hökumətin baş naziri Əbdürrəhim Əl-Keyb ölkəni növbəti ilədək idarə edəcək yeni kabinet üzvlərinin adlarını açıqlamağa hazırlaşır. Cənab Keybin bu gun yeni hökumətin nazirlərinin adlarını açıqlayacağı gözlənilir.

Dünənki çıxışında cənab Keyb deyib ki, o, vəzifələrə səriştəli və Liviyanın bütün bölgələrindən nümayəndələr seçməyə çalışıb.

Baş nazir açıqlamaları ölkəyə səfər edən ABŞ-ın BMT-dəki səfiri Suzan Raysla Tripolidə birgə mətbuat konfransında verib.

Liviyanın keçid hökumətinin üzləşdiyi problemlərdən biri Qəzzafinin iki ən yaxın köməkçisi olmuş oğlu Seyf Əl-İslam və sabiq kəşfiyyat rəhbəri Abdulla Əl-Sinusinin ədalətli məhkəməsinin keçirilməsini təmin etməkdən ibarətdir.

XS
SM
MD
LG