Accessibility links

Liviyanın müvəqqəti hökuməti Qəzzafinin son istinadgahına hücuma hazırlaşır

  • Amerikanın səsi

Liviyanın müvəqqəti hökuməti Qəzzafinin son istinadgahına hücuma hazırlaşır

Liviyanın müvəqqəti hökuməti Qəzzafinin son istinadgahına hücuma hazırlaşır

Liviyanın müvəqqəti hökuməti Müəmmər Qəzzafi tərəfdarlarının istehkamlandıqları Bəni Valid şəhərinin təslim olması üzrə danışıqlar iflasa uğradıqdan sonra şəhər ətrafında hərbi qüvvə cəmləşdirməkdədir.

Milli Keçid Şurasının təmsilçisi Abdullah Kanşil deyib ki, Qəzzafipərəst tayfa başçıları tibbi yardım gətirən üsyançı əsgərlərin şəhərə daxil olmasına icazə vermədikdən sonra təhvil-təslim danışıqları iflasa uğrayıb.

"Mən ümid edirəm ki, həmin o briqadalar Bəni Validi tərk edəcək," deyə Abdullah Kanşil bildirib və danışıqıların nəticəsiz bitdiyini elan edib.

Rəqib tərəf şərh verməyib. Tripolidən 170 kilometr cənubda yerləşən şəhərdə həkim və tibbi ləvazimatların, habelə su və ərzağın çatışmadığı bildirilir.

Bəni Validi cənab Qəzzafinin 42 illik hakimiyyətinə lövbər rolunu oynayan Varfalla tayfası idarə edir.

XS
SM
MD
LG