Accessibility links

Liviyanın rəqib döyüşçüləri tərəfindən ələ keçirilən 4 fransız azad edilib


Liviyanın rəqib döyüşçüləri tərəfindən ələ keçirilən 4 fransız azad edilib
Liviyanın rəqib döyüşçüləri tərəfindən ələ keçirilən 4 fransız azad edilib

Fransanın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Liviyanın rəqib döyüşçüləri tərəfindən çasusuluqda şübhələnilərək ələ keçirilən 4 fransız azad edilib. Nazirliyinin bəyanatında həmin şəxslərin Misirdəki Fransa konsulluğuna aparıldığı bildirilir. Özəl kəşfiyyat idarəsinin işçiləri olan bu şəxslər keçən həftə Benqazi şəhərində ələ keçirilib. Pyer Marziali adlı beşinci şəxs aldığı güllə yaralarından vəfat edib. Fransızlar Liviyda ələ keçirilən yeganə xaricilər deyil. Bu gün Zaviya şəhərində xarici jurnalistləri daşıyan avtobus hücuma məruz qalıb. Bütün bunlarla yanaşı ABŞ prezidenti Barak Obama Konqresə müraciət edərək, Amerikanın Liviyaya yardımını dəstəkləməsini istəyib.

XS
SM
MD
LG