Accessibility links

Liviyanın yeni rəhbərliyinin qarşısına çıxan çətinliklərdən biri insan hüquqları sahəsidir


Liviyanın yeni rəhbərliyinin qarşısına çıxan çətinliklərdən biri insan hüquqları sahəsidir
Liviyanın yeni rəhbərliyinin qarşısına çıxan çətinliklərdən biri insan hüquqları sahəsidir

Liviyanın yeni rəhbərliyi qarşısına çıxan çətinliklərdən biri insan hüquqları sahəsidir. Liviyalılar Müəmmər Qəzzafinin 42 illik diktatorluğunun qapalı sahələrini ifşa etməyə çalışır. İnsan hüquqları müdafiəçiləri Qəzzafi erasında və onun devrilməsi prosesində insan hüquqlarının ciddi şəkildə pozulduğunu bildirir.

Əbu Səlim həbsxanası minlərlə siyasi məhbusun saxlandığı yerdir. Burada onların bir çoxu yoxa çıxıb, öldürülüb. Avqust ayının sonunda rəqib qüvvələrin həbsxananı ələ keçirməsi ilə siyasi məhbuslara dair sənədlər aşkar edilib.

Məhəmməd Səlim Dra Qəzzafi rejiminin yol verdiyi həbslər, yoxa çıxmalar və digər zorakılıqları sənədləşdirən vəkildir.

ACT

Bu tarixi bir fakt kimi olduqca mühümdür. Bu xəsarət alan insanlar və ədalət üçün mühümdür.”

Mülki vətəndaşlar və məhbuslara qarşı zorakılıqları həkimlər və tibb baçıları da sənədləşdirir. Onlar hər iki tərəfin də zorakılıqlara əl atdığını, lakin Qəzzafi rejiminin daha artıq məsuliyyət daşıdığını deyir.

Liviyanın Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdel Cəlil liviyalıları qisasdan uzaq durmağa səsləyərək, butun zorakılqıların təhqiq ediləcəyini bildirib.

İnsan hüquqları təşkilatlarını Böyük Səhraaltı ölkələrdən onlan insanların vəziyyəti daha çox narahat edir. Onların çoxu Qəzzafi qüvvələri tərəfində döyüşən insanlardır.

Liviya məhbuslarının 3-də 1 hissəsini qaradərililər təşkil edir. Benqazi yaxınlığında saxlanılan bu insanlara vətəndaşlıq və ya pul müqabilində döyüşlərdə iştirak etmək təklif edilib. Onlar arasında işçi miqrantlar da az deyil. Minlərlə insan Tripoli yaxınlığındakı düşərgəyə sığınıb.

Human Rights Watch-un əməkdaşı Piter Bukaertin bildirdiyinə görə, məhbusların çoxu səbəbsiz həbsə alınıb və onlara qarşı ittihamlar belə irəli sürülməyib.

ACT

Onlar küçələrdən silahlı gənclər tərəfindən həbs edilərək, cəza müəssisələrinə aparılıb. Məhbusların azad edilməsi üçün heç bir iş aparılmır. Orada nə istintaq, nə də ədliyyə sistemi mövcuddur.”

Piter Bukaertin dediyinə görə, Qəzzafinin polis rejimindən sonra demokratik rejim yaratmaq asan olmayacaq. Lakin bu, liviyalıların ən böyük arzusudur.

XS
SM
MD
LG