Accessibility links

Elizabet Teylorun ziynət əşyaları rekord qiymətə satılıb

  • Amerikanın səsi

Elizabet Teylorun ziynət əşyaları rekord qiymətə satılıb

Elizabet Teylorun ziynət əşyaları rekord qiymətə satılıb

Əfsanəvi Hollivud ulduzu Ezalibet Teylora məxsus mirvari və brilyant daşlardan hazırlanmış boyunbağı Nyu-Yorkda Kristis (Christie’s) hərracında rekord qiymətə satılıb.

1969-cu ildə aktyor Riçard Barton tərəfindən Elizabet Teylor üçün 37 min dollara alınmış16-cı əsrə aid “La Pereqina”adı ilə tanınan nadir mirvari boyunbağı hərracda 11 milyon 842 min 500 dollara satılıb.

Mirvari boyunbağı Elizabet Teylorun hərraca çıxarılmış nadir ziynət əşyalarından ibarət kolleksiyasına daxil idi.

Yaqut və brilyant daşlardan hazırlanmış boyunbağı 10 milyon yarıma satılıb. Riçard Bartonun Teylora hədiyyə etdiyi 33.19 karatlıq brilyant üzük isə 8 milyon 818 min 500 dollara satılmışdır.

Kleopatra rolu ilə bütün dünyada məşhur olan aktrisa bu il 79 yaşında vəfat etmişdir.

XS
SM
MD
LG